Əziz Kamal!
Məktubunuzu
aldım. Yəqin ki, bu vaxta qədər anan Gülbəniz
ilə Şəkiyə getmişdir. Onlardan məktub
alınca adreslərini yaz. Bilmirəm, siz orada necə
keçinirsiniz? Korluq çəkmirsiniz ki? Pul ala bildinmi?
Pul almış olsan, mənə mümkün olsa min
manat, mümkün olmasa beş yüz manat göndər.
Mənim müalicəm yaxşı gedir. Səməd,
Yunis, Hüsnəddin, Tələt, Kökəkbim necədir?
Simzər bacıgilə, Rüstəmə, Nurəliyə,Kamrana,
Nəcəfə, Adilə və başqa dostlara, tanışlara
məndən çox salam söylə.