Rəsul Rza

“Salam, əziz oğlum!

Necəsən?

Bakıda təzə nə var? Sizə ingilislərin “Hamlet”I haqqında kitabcanı göndərirəm. Maraqlı şeylər var burda.

Anara, üç dəfə zəng eləmişəm, səni evdə tapa bilməmişəm. Ayrıldığımız vaxt sənə dediyim sözləri, yəni sən düz başa düşməmisən? Mən sənə öyüd – nəsihət vermək istəmirdim və istəmirəm. Ağıllı, şüurlu oğlansan, sənə təkrar söz demək lazım olmasın gərək. Ancaq o son sözlərimi bir də dəqiqləşdirməyə məcburam. Mən dedim, özünü elə apar ki, elə bil mən evdəyəm. Əlavə eləmək lazımdırmı ki, sən əsas fikrini və vaxtının çoxunu dərslərinə, yaradıcılığa verməlisən.

Əmin və sakit olmaq istəyirəm ki, sən yüngülməcəz bir gənc kimi yox, insan kimi aparacaqsan özünü.

Öpürəm səni. Məktub yaz.

Səni istəyən atan.

Peredelkino”

   

© Musigi Dunyasi