Rəsul Rza

“Oğlum! Anar!

İndicə Filarmoniyadan türk bəstəkarlarının konsertindən gəldik. Yerin boş idi. Biz hamımız – anan, bacıların, Ənvər oturub xeyli natanış musiqiyə qulaq asırdıq, sən yox idin. Simfoniya və kamanla orkestr üçün yazılmış konsret üçün yazılmış konserti dilnədikcə düşünürdüm: dünyadan nə qədər xəbərsizik. Axı bizim təsəvvürümüzdə aləm çox məhduddur. Biz evimiz, eyvanımız, küçəmizdən başqa nə görmüşük? Yeni illərin qırdığı çərçivələr hələ zehnimzə uyuşub bərkiməyib. Çalınan əsərlərdən ikinci mənə daha xoş gəldi, Fidana əksinə. Nigar, Təranə hər ikisini bir az bəyəndilər. Mən musiqi haqqında mülahizə yürüdüb hökm verməkdə özümü haqlı hesab etmirəm. Lakin mən anlamağa çalışıram. “Bu gecədə dinlədiyim əsərlər bütünlüklə mənə aydın idi” – deyə bilmərəm. Ancaq duman arxasında silueti görünən dağlar kimi mən bir əzəmət,

nə isə rəngləri, biçimləri adiləşmiş aləmə bənzəyən bir varlıq mövcud olduğunu duydum...

...İndi gedib duş (çilək) qəbul edəcəyəm. Sonra yatacağam. Burda hamı sağ – salamatdır.

Öpürəm.

Rəsul. 20/11- 63”  

   

© Musigi Dunyasi