Oğlum!
Bilsən yerin necə boşdur. Hər dəfə
yeni bir şer yazıb qurtaranda gözlərim
səni axtarır, axı sən bizim ədəbi
mübahisələrimizin, münaqişələrimizin
münsifi idin. Əgər təbiətdə
insan qəlbi qədər həssas olsaydı,
yəqin ki, dəniz bir damlanın əksildiyini
duyardı. Hər gün səhər açılır,
fəlsin ahənginə uyğun planetimiz böyrünü
günəşə verib hərlənir, bizi
gecələrin qaranlıq səhrasından
keçirib yeni səhərlərə qovuşdurur,
biz ən əziz bildiyimiz ömrü məngənə
kimi yeyə - yeyə ədəbi sükut aləminin
sahilinə yaxınlaşırıq.
Bəlkə də bu ibarəli cümləyə
dodaqaltı qımışacaq, deyəcəksən,
Rəsul sentementalizm ənənələrini
yenidən dirçəldir. Yox. Bu bir növ ruhi
fotoqrafiyadır ki, kəlmələr aşkarlayıcısı
ilə aydınlaşıb.
Yeni şerlər yazıram. Gələcək
yarış və mübarizələrə
qüvvət toplayıram. Sən bilirsən
ki, yarışı qazana bilmək üçün
biz üçqat artıq layiq olmalıyıq.
O gün səninlə danışanda mən
səsində bir məyusluq duydum. Nə üçün?
Son zamanlar işləyə bilmirdim. Fikrimi toplaya
bilmirdim. Səninlə danışandan sonra
elə bil ki, qəlbimə bir sakitlik, fikrimə
bir aydınlıq gəldi. Oturub yazmağa başladım.Bu
sikildən olan birinci şeri sənə göndərirəm.
İŞ GÜN
İstər yağış çiləsin
Istər qızmar gün olsun
Istər şaxta
Bu gün də iş günüdür,
Sabah da.
Insanın iş günü
Azalsa da, çoxalsa da,
Insanlığın iş günü bitməyəcək.
İnsan orbit –orbit gəzəcək
Ulduzların beşiyini.
Səhralara bahar səpək,
Günəş tökək yuvamıza!
Qaralmasın ömrümüzün
Nə bir anı, nə beş günü,
Ulduzlar yanır.
Dəryalar dalğalanır.
Güllər cücərir torpağın qoynunda.
Yer kürəmiz fəsil – fəsil
Təzələyir dəyişəyini.
Tükənmir kainatın iş günü.
Dünəndə iş günü idi,
Bu gün də işgünüdür!
Sabah da olacaq həyatın iş günü.
Nə yorğunluq, nə intizar.
nə təqvimi müxtəlif rənglərə
ayıran olsun.
Ömrümüz iş günü,
Hər iş günü bayram olsunş
14 fevral 1963.