Rəsul Rza

“Anar bala, xoş gördük!

Buralar sağ – salamatlıqdır. Sən necəsən? Zükamın keçdimi?

Ani bala, ssenarini (“Torpaq. Dəniz, Od, Səma” ssenarisini –A.) oxudum, diqqətlə, aramla. Ümumi təsirdən dedəmiş bir necə yetirmək istəyirəm.

Ssenarinin bir çox yerində janr xüsusiyyətlərini nəzərə almamısan. Proza yolu ilə getmisən. Doğrudur, kino bütün ədəbi növlərdən ən çox prozaya yaxındır, ancaq deyil, məhz yaxındır. Qayaların təsvirində kompanovka yoxdur. Burda bə bütün əsər boyu unutma ki, hər söz, hər cümlə lenta metri, metrləridir...

...Eyni sözləri Kərim kişinin arabada gəlməsi haqqında demək olar. Sən bu epizodda bir bozluq, cansıxıcı ətalət, fərəhsiz həyat mənzərəsi bermək istəmisən. Tapdığın detallar arasında yaxşıları azdeyil. Ancaq bütün uzun gəliş səhnəsi, ağaclar, onları əkmək və sairə artıqdır, kinematoqrafik deyil. Bu səhnə çox sonradan başlaya bilər...

...İndiki halda qocanın ağac əkmək məsələsi təsadüfi olur...

...Azərin Ağca ilə görüşü də uzadılmışdır. Xüsusilə ritual çox vaxt aparır...

...Nəğmə formasını aydın saxlamaq lazımdır. Bu əsər gərək dörd “tonalnost”da, dörd rəngdə, ahəngdə, avazda, xal düzümündə yazılmış nəğmələr olsun. Burda gərək torpağın sakitliyi, təmkini, doğmalığı, ayaq altında söykənəcək olduğu və s. Göylərin dərinliyi, soyuqluq və tənhalığının insan nəfəsi, insan gözləri ilə isindiyi, əzizləşdiyi, Dənizin əzəməti, suyun həyat mənbəyi olduğu, odun amansız gözəlliyi, yandırıcı, təmizləyici qüdrəti aydım hiss olunsun. Bütün bunlar ümumi və mücərəddir. Ancaq daxili məna belədir, bunun əyani əvəzliyini, ifadə formasını tapmaq, vermək lazımdır. Bir sıra yerdə bunlar var. Ancaq tapılmamış , fikri yayındıran, əsas ideya və məqsədə zidmət etməyən yerlər çoxdur. Mən səhifələrdə bir çox qeydlər eləmişəm ki, əsasən belə cəhətlərə aiddir.

...Əsərdən ümumi təsirim belədir ki, yaxşı düşünülmüş orijinal bir şeyin konkret ifadəsində tələsmisən. Əsərdə əvvəldən axıra davam edib getməli olan xətt – dörd nəğmənin poetik, fəlsəfi ifadəsi (voploşenye) çox yerdə qırılır. Texniki detallar, bitovoy təfərrüatla dumanların, yolundan çıxır. Rəngli boya ilə çəkilmiş olan kənar xətlər – konturlar, düzçəkən xətt taxtası (lineyka) ilə çəkilib. Bu ideal düz xətt əsərin mahiyyətinə uymur, bu xətlərdə olmayan kələ -kötürlük, əyrilik əsərdən qoparılmış canlı bir parça kimi hiss ulunmur.

Dialoqlarda mümkün qədər hiss olunmalıdır ki, rusca danışan bu adamlar rus deyillər. Başqa xalqın nümayəndələridirlər. Onların düşüncəsində - dilində ümumi cəhətlərlə bərabər xüsusi ştrixlər də vardır. Rəsul. 1964”  

   

© Musigi Dunyasi