Rəsul Rza

“Anar bala, xoş gördük.

Sənin əlvan məktubunu güc bəla oxudum, təxminən sən mənim məktublarımı oxuyan kimi.

Tural xanım əməlləri hələ ilk başlanğıc dövründədir, (oğlum Turalın onda bir yaşı vardı –A.) qoy bir az dil açsın, onda sənin Nigara və mənə tutduğun divanın “nədir”, “niyə”lərin hayıfını səndən çıxacaq.

Buralarda üç gün dəhşətli istilər oldu 38 - 40. Sonar da başladı yağış, soyuq. Bu gün bir balaca gözümüzü açmışıq...

...Bu gün Ağadadaş Qurbanovun dəfninə getmişdim. Salyanda mehmanxananın eyvanı uçub, bu bədbəxt, qızı və üç nəfər başqa adam yıxılıblar. Bir oğlan uşağı tamam salamat qurtarıb. Qalanlar yaralanıb, beli, qolu sınanlar olub, bu zavallı bərk zədələnib, gecə xəstəxanada operasiya zamanı keçinib.

Fəxri xiyabanda basdırdılar. (Bu Fəxri xiyaban da eybəcər bir anaxrozm heykəlidir. Ölüləri yaxşıya pisə bölmək nə qədər mənasız və kobud bir işdir).

Rəsul. 24/VII. 65”  

   

© Musigi Dunyasi