Rəsul Rza

Başqa bir məktub (əsli ruscadır):

Hörmətli Heydər Əliyeviç!

ASE –nin birinci cildinin buraxılması məsələsi hələ də həll olunmayıb, redkolleqiyanın və redaksiya şürasının heyəti təsdiq olunmayıb. Lazım olan düzəlişlər və dəqiqləşdirmələri etmişik və bu barədə MK –ya 27 iyul 1972-ci il tarixli məktubla bildirmişik. Cildin buraxılmış müddəti haqqında qərarın olması nəticəsində redaksiya çox ciddi çətinliklərlə üzləşir. Bizə ayrılmış kağız, lideron, karton və başqa materialları qəbul edə bilmirik və onlardan imtina etməyimiz ASE –nin gələcək təchizatını təhlükə qarşısında qoyur. O biri cildlərin materialları üzərində işləyə bilmirik, çünki onların məzmunu, bir çox cəhətdən birinci cildlə bağlıdır. İkinci cildin materiallarının bir hissəsi yığıla bilərdi, amma mətbəə qəbul etmir. Birinci cildin çap və buraxılış məsələsinin yubadılması çox böyük çətinliklər və əngəllərlə nəticələnə bilər. Respublikadan kənarda (Omskda, Leninqradda, Moskvada) böyük əziyyətlərlə çap etdirdiyimiz rəngli və ağ – qara xəritələr, əlaqədar orqanların təlimatına görə, köhnəlmiş hesab olunacaqlar, bu xəritələrin yenidən tərtib və çap edilməsi isə, böyük xərclərdən əlavə uzun müddət vaxt da tələb edəcək.

Sizin çox məşğul olduğunuzu yaxşı bilirəm, amma, təəsüf ki, ASE-nin birinci cildinin ləngidilməsi və bununla bağlı olaraq kollektivin qeyri- normal fəaliyyəti yaradıcı əməkdaşları işdən soyudur və peşələrindən yadırğadır.

Sizə müraciət ədərək ASE redaksiyasındakı son dərəcə gərgin vəziyyəti nəzərə almanızı, ən yaxın zamanda Azərbaycan Sovet Ensiklopediyasının birinci cildinin buraxılması məsələsini həlletmənizi və bununla da bizim kollektivin normal işləməsi üçün şərait yaratmanızı xahiş edirəm.

Rəsul Rza. 4 yanvar 1972  

   

© Musigi Dunyasi