Rəsul Rza

“Hörmətli Heydər Əliyeviç!

Sizinlə görüşdən qabaq mən Quliyev yoldaşla danışdım və dedim ki, arayışla müfəssəl tanış olmaq istəyirəm. Baş redaksiyanın partiya bürosu üzvləri, onun katibi, mənim elmi işlər üzrə müavinim Yerevandadırlar və məsələnin müzakirəsini bir neçə günlüyə təxirə salmaq məqsədə uyğundur.

Mənim dediklərimə Quliyev yoldaş heç bir reaksiya vermədi, mən də belə nəticə çıxardım ki, məsələ artıq həll olunub. Məhz buna görə və səhhətimi nəzərə alaraq mən sizdən büroda iştirak etməyəcəyimi xahiş etdim. Siz razılıq verdiniz. Bunu ona görə yazmıram ki, Büronun ASE haqqında qərarı barədə mübahisə edim. Ancaq yaxşı adamı qorumaq mənim borcumdur. Məlum olduğu kimi ASE təşkil olunarkən respublikada müvafiq ensiklopedik kadrlar da yox idi, ensiklopediya yaratmaq təcrübəsi də. Baş redaksiyasının işlədiyi müddətdə kollektiv yarandı, bu kollektiv əsasən gəncələrdən ibarət idi və onlar təcrübə və səriştə qazandır. Qeyri- səmimi olmaq istəmirəm və odur ki, öz təəccübümü bildirirəm: Nə səbəbə məni 21 – 25 oktyabr 1975 –ci ildə Moskvaya sovet və xarici yazışılarla görüşə, dəvət olunduğum görüşə, getməyə qoymadılar və əvəzində məsləhət gördülər ki, Yerevana, Zaqafqaziya ensiklopediyaşılarının müşavirəsinə gedim. Halbuki, artıq elə bu vaxt mənim ensiklopediyakı vəzifəmdən azad edilməyim barədə məsələ həll olunubmuş. Birinci cildin buraxılmasını Beş il ləngidəndən sonra doğrudanmı məni Yerevana ASE –nin baş redaktoru kimi göndərmək və müşavirənin ortasındaca, məruzəm vaxtı Bakıya geri çağırmaq vacib idi?

Yol. Əliyev H. Ə. Xalqıma layiqli mədəni abidə yaratmaq üçün əlimdən gələni əsirgəmədim. Əgər müyəssər ola bilmədimsə bu mənim günahım deyil. Soruşmaq olar: əfər respublikanın ən görkəmli alimlərinin böyük qrupu “prinsipsizlik göstəribsə” (büronun qərarında deyildiyi kimi – A.) belə alimlərlə necə işləmək və ilk Azərbaycan ensiklopediyasını yaratmaq olar?

Əgər yeni yoldaşlar, əldə edilmiş böyük təcrübədən istifadə edərək yaxın zamanda ASE – nin yüksək keyfiyyətli çapını buraxarlarsa mən şad olaram.

Hörmətlə

Rəsul Rza.  

   

© Musigi Dunyasi