Anar salam!
Doğrudur sənin təbiət gözəlliyindən
xoşun gəlmir, ancaq burda olsaydın sən
də Soçinin dağlarına, yollarına,
dənizə baxıb heyran qalardın.
Mən x işarəsi ilə göstərdiyim
otaqda oluram. Qabaq tərəfimiz dəniz, böyrümüz
və arxa tərəfimiz yaşıl parkdır.
Burda qəribə ağaclar var. Dünyanın
hər yerindən gəlmə ağaclar buranın
parklarına, küçələrinə ayrıca
bir görkəm verir. Əsas küçələrdən
biri təxminən 150 200 metro boyunca hər
iki tərəfdən çinar ağacları
ilə hasarlanmışdır. Göyçaydakı
çinarlar yadındadırmı? Bunlar daha da
qollu budaqlıdırlar.
Burda adamlar indidən dənizdə çimirlər.
Havalar bir az yağışlıq idi, indi düzəlib.
Hələlik bu qədər.
Dərslərin necə gedir? Ciddi çalışırsanmı?
Ani bala, unutma ki, yay zamanı arxayın, yaxşı
istirahət edə bilməyimiz sənin indiki
çalışmağından asılıdır.
Kitab filan oxuma, ancaq və ancaq dərslərinə
güc ver. Öpürəm səni.Məndən
hamıya, nənələrinə, bibilərinə,
Ənvərə, Oğuzgilə salam de.
Rəsul 29 / IV 54. Soçi