“Anarım!
Buralar elə gözəldir ki, söyləməklə
təsvir etmək olmaz. Burdakı mənzərələrin
gözəlliyini heç olmazsa bir qədər
verə bilmək üçün gərək
Ayvazovski və Şişkinin üçünün
talant və həvəslərini bir yerə
yığıb onlara Puşkin şerinin oynaqlığını,
Füzulinin riqqət və həsrətini,
Lermontovun hərarət və ehtirasını
və ...-in quruluğunu əlavə edəsən
– çünki burda quru ağaclar da var. Yalnız
belə bir əməliyyat nəticəsində
bəlkə də bugünkü Soçi, xüsusilə
mən istirahət elədiyim sanatori haqqında
bir təsəvvür oyatmaq olar.
Ani bala, işin necə oldu? Dərslərin
necedir? 4-lər ləğv olunubmu? Futbol aləmində
nə var? Bizimkilər uduzurlar, ya hələ
yox?
Kağız yaz. Öpürəm səni.
Rəsul. 18 / V – 54 Soçi”