“Hörmətli Rəsul
Rza!
Sizə Ukraynanın Senkov 8 illik məktəbinin
“Rassvet”ədəbi studiyasının və
“Poisk” gənc kitab həvəskarları klubunun
üzvləri müraciət edirlər.
Əziz Rəsul Rza, SSRİ –nin yaranmasının
60 illiyi şərəfinə Sizinlə dostcasına
məktublaşmağa çox arzu edirik. Bizim
ədəbi yazıçılara və kitab
həvəskarlarına dostluq məsləhətlərinizi
verməyi rica edirik. Habelə Sizin avtoqraflı
kitabınızı almaq, Sizin yaradıcılığınız
və xalqınız haqqında məlumat almaq
istərdik. Çox xahiş edirik ki, məktubumuza
cavab yazasız. Sizin cavabınız bizimçün
xalqlarımızın dostluğunun rəmzi
olacaq. Yazın, Sizin dilinizdə “xleb”, “pesnya”,
“drujba” sözləri necədir. Sizə yaradıcılıq
uğurları, sağlamlıq və səadət
arzulayırıq.
Hörmətlə
Poltava əyaləti Qadyan rayonu Senkov 8 illk məktəbinin
“Rassvet” ədəbi studiyasının və
“Poisk” klubunun üzvləri”.