“Anarı, xoş gördük!
Səninlə az danışdıq və deyəsən
məndən incidin. Yox, incimə oğlum. Mən
indi sənə uşaq kimi yox, yetkin bir gənc
kimi baxıram. Odur ki, istəyirəm mən
olmayanda sən evin kişisi olasan, ananın,
bacılarının qayğısına qalasan.
Yaz görüm nə var, nə yox? Təzə
nə yazırsan?
Mən işləməyə başlamışam,
ara-sıra xırda şerlər də yazıram.
Bura işləmək üçün yaxşıdır.
Ancaq adam darıxır, yaman darıxır. Mən
də güc vuracağam işləməyə.
…Daha nə yazım. Elə maraqlı bir şey
yoxdur.
Özün necesen? Bakıda nə təzə
əhvalat var?
Hələlik. Öpürəm səni.
Mənim yaxşı balam, istəkli oğlum.
Təranə ilə aran necədir? Bax, onu incitsən,
mən burda hiss edəcəm və işləyə
bilməyəcəm ha.
Rəsul. Peredelkino”