"1957. 7 yanvar. Moskva.
- Anar bala, Fina bala. !
Sizi xoş gördük. Siz ikiniz mənə
bir yerdə məktub yazdığınız
üçün mən də hər ikinizə
bir yerdə yazıram... Leninqrad tamaşası
haqqda (Atam Peredelkinoda dincələrkən Moskvadan
Leninqrada, Qara Qarayevin "lldırımlı yollarla"
baletinin premyerasına getmiş, tamaşa barəsində
əski əlifbayla məqalə yazıb bizə
göndərmişdi - A.) Nigar oxusun, siz də
qulaq asın, təkrar eləmək istəmirəm.
Ancaq onu deyim ki, üç gündür onun təsiri
altındayam. Hayıf ki, siz Özünüz
qulaq asa bilmədiniz. Yəqin ki, siz məndən
daha yaxşx başa düşər və daha
artıq həzz alardınız. Bəlkə
də yayda mümkün oldu, gelib baxdınız.
Mən bir 8-10 gün olar ki, işdən ayrılmışam.
Bu gün sizə məktub yazıram. Sabahdan
başlayacağam "Füzuli"ni davam etdirməyə.
Başımda fikirlər an beçəsi kimi
qaynaşır, görək nə olacaq. Bura
işləmək üçün daha münasibdir.
Sakit, səliqəli. Dünən Moskvada olanda
Emin (Emin Sabitoğlu o vaxt Moskva konservatoriyasında
təhsil alırdı.-A.) zəng eləmişdi.
Deyir ki, kanikul zamanı Leninqrada gedəcəyəm,
"Ildırımlı yollara" baxmağa. Istəyirsiniz
siz gəlin, mən sizi qarşılayıb
yola salaram. !
Bakıda maraqlı nə var? Vaxtınız
necə keçir? Plastinkalar necədir? Yazın
görüm, daha hansıları almaq lazımdır.
Moskvadan alaram. Mən gələndə özümlə
ancaq əsər yox, bahar da gətirəcəyəm.
!
Öpürəm sizi bərk-bərk. Təranəni
incitməyin. Eşidirsinizmi. Bax sən Anar və
sən Fidan mənim balaca qızım Təranəni
incitməyin, bax incitməyin ha. Eşitdiniz?
Öpürəm. !
Rəsul".