Papa, salam.
İmran Qasımovun
pyesi haqqındakı məqaləni göndərirəm.
Bu məqaləni maşınkada yazdırıb «Ədəbiyyat»
qəzetinə verərsən. (Bir nüsxəsini evdə
saxla). Əvvəlcə özün oxu, görxoşuna
gəlir, ya yox. Məqaləni tələsik yazdığımdan
(bir günün içində) bəlkə redaktəyə
ehtiyacı var, nəzərdən keçir. Əgər
«Ədəbiyyat» çap eləsə, qoyma heç nəyi
ixtisar etsin! Əsəri tənqid eləməməkdən
ötrü məktub şəklində yazmışam,
mütləq bu şəkildə qalsın. Proqramı
da göndərirəm ki, maşınkadan sonra artistlərin
familini tutuşdurasınız. Papa, bu məqalənin
çapını gecikdirmə.Mən gələnə
qədər çap olunsa yaxşı olar. Öz işlərim
də lap yaxşı gedir. Telefonla tez-tez danışdığımıza
görə uzatmıram. Temuşa salam. Calal Məmmədovla
povest barədə danış.
Hələlik sağ
ol.
Elçin 9.11.66