Hörmətli İlyas,
salam!
Biz ayın 2-ndə
Kislovodskdan səhər 5-də çıxdıq. Ayın
3-ndə səhər saat 10-da Qubada olduq. Bir gecə Dərbənddə
qaldıq yol yaxşıdır. Ancaq bir neçə yeri
çox pis və əziyyətlidir. Ona görə uzaq
və yaxşı yoldan gəlmək məsləhətdir.
Sizin uşaqlar hamısı səlamətdir. Kislovodskiyə
gəlmək istəmirlər.Çünki Tofiqi məzuniyyətə
buraxmırlar.Bakıda havalar çox isti deyil. Külək
əsir. Mənim kitabım hələ çapa getməyib.Deyirlər
bir neçə günə çap olunacaq. Məndən
və uşaqlardan Elçinə, Teymuşa, Arifə,
Ağabəyova, Mənafa salam söylə.
Hələlik bu
qədər.
5/VIII/61
hörmətlə
M.Seyidov.