İlyas Əfəndiyev

Hörmətli İlyas müəllim!

Mən Sumqayıtda çilingər işləyirəm. Yadınızdadırsa 1959-cu ilin dekabr ayında Yazıçılar İttifaqında keçirilən «Gənclər günü»ndə öz şerlərimi oxudum. Həmin şeirlərimin bəyənilməsi məni ruhlandırdı və belə qarar alındı ki, şeirlərim «Azərbaycan» jurnalında «Sumqayıt nəğmələri» başlığı altında çap edilsin.

Mən o vaxtdan Yazıçılar İttifaqına tez-tez gedib-gəlməyə başladım Həmin şeirlər üzərində bir neçə dəfə işlədim və zəif yerlərini düzəltdim. Lakin təəsüf ki, həmin şeirlərin heç birisi mətbuat üzü görmədi. Mən düz dörd ay redaksiyalara gedib-gəldim.

«Azərbaycan» jurnalında məni «xala, xatirin qalmasın» deyə dinləyib filan yerləri zəifdir, bir də işlə dedilər. «Ədəbiyyat və incəsənət» qəzetində şeirlərimi dinləyib götürdülərsə də sonra belə yazdılar ki, şeirlərin qəzetimizin səviyyəsindən aşağıdır. «Azərbaycan gəncləri»ndə isə şeirləri qəbul etdilər, lakin çap etmədilər. «Kommunist»də: yaxşıdır, apar o birisi redaksiyalar dedilər.

Bütün bu süründürmələr məni nə isə həyatda inamsızlığa gətirib çıxardı. Mən heç kəsə inanmamağa başladım. Axı mən hər dəfə Bakıya gələndə yoldaşlarım məndən soruşurdular: Həsən nə vaxt səni «Sumqayıt nəğmələri»nin mətbuatda çap edilməsi münasibəti ilə təbrik edəcəyik. Mən isə utandığımdan qızarıram.

Əgər mənim şeirlərim «Gənclər günü»ndə bəyənilməsə idi mən heç də inciməzdim, özümə daha tələbkar yanaşardım. Dərd bunda idi ki, o gün şeirlərim bəyənildi, lakin sonra çilingər hara, şeir hara (mənə belə gəlir) deyə çap edilmədi. Ortada isə mənim əziyyətim qaldı. Həmin «gənclər günü»ndə sizinlə birlikdə Nəbi Xəzri, Osman Sarıvəlli və tanmıdağım iki yazıçı da iştirak edirdi.

Bu hadisələrdən osnra mən özümü ədəbiyyatdan uzaqlaşmağa məcbur edirdim. Mən ədəbiyyata pis gözlə baxırdım. Təhsilimi qiyabi olaraq filoldoji fakultədə davam etdirmək fikrindən əl çəkdim. Mən özümü Universitetin iqtisad fakültəsinə girməyə məcbur etdim və sevmədiyim bir fakultəyə qəbul imtahanı verib qəbul olundum.Bu mənim üçün nə qədər çətin olsa da etdim. Sumqayıtda ədəbiyyat dərnəyinə getməyə başladım. Mən özümü nə qədər məcbur etsəm də ədəbiyyatdan tam ayrıla bilmirəm və bu ay ədəbiyyat dərnəyinə getməyə başlamışam. Yeni yazdığım iki şeirimi də bəyənibdilər. Mən 18 fevral 1961-ci il tarixili «Literaturnaya qazeta» da V.Ososkovun «O meste poeta v raboçem stroö» məqaləsini oxuduqdan sonra isə belə bir məktubla həmin qəzetə müraciət edib onlardan məsləhət almaq istəyirdim.

Düşünürdüm ki, bəlkə Azərbaycan LKGİ MK-na məktubla müraciət edib şeirlərimdən də bir neçəsini onlara oxuyub tanış olmaları üçün göndərim?

Lakin mən çox düşündükdən sonra şəxsən Sizə müraciət etməyi daha üsütün tutdum. Çünki siz axı həmin şeirləri hələ 1959-cu ildə «Gənclər günü»ndə dinləmisiniz.

İlyas müəllim! Sizdən xahiş edirəm mənə məsləhət verəsiniz. Bəlkə ədəbiyyata bu qədər can atmağım yersizdir. Şeirlərimdən bir neçəsini sizə göndərirəm. Hörmətlə, İttifaq sənaye avadanlığıın quraşdırma tresti («Ñîþçïðîììîíòàì») Sumqayıt sahəsinin çilingəri Həsən Əliquliyev.

   

© Musigi Dunyasi