Hörmətli İlyas
müəllim, salam!
Kefinizi soruşuram.
İlyas müəllim, sizin diqqətinizi bir məsələyə
yönəltmək istəyirəm. Bu məni çoxdan
bəridir ki, düşündürür. Həm də
ona görə sizə müraciət edirəm ki, belə
vəziyyətlərə sizin əsərlərinizdə
az da olsa rast gəlmək olar.
D.İ.Mendeleyev ömrünün axırlarında, V.Hüqo
isə dörd uşaq atası olduqda, birinci cavan bir qızı,
ikinci isə bir uşaqlı qadını, Cülyettanı
sevir. Ancaq hər iki dahi öz həyat yoldaşlarını
dəlicəsinə sevirlər. Bu qoşa dahilərin
ikinci sevgiləri mənə belə gəlir ki, yəqin
hər hansı bir xəstənin (?????? yatan) şor kələmi
sevməsinə bənzəyir və yaxud arvadbazlığa
yuvarlanmaqdır. Bəlkə də başqa hissdir!?..
Onu mən başa düşə bilmirəm. Xahiş
edirəm, hər iki dahinin ikinci sevgisini mənə aydınlaşdırasınız.
Eşitdiyimə və bildiyimə görə insan birini
sevə bilər.
Dağnəsəmənli. 20/IX-63.