Mədinə Gülgün (Ələkbərzadə Mədinə Nurulla qızı)

Şair ana

Sevimli şairəyə- Mədinə Gülgünə həsr edirəm.

Uşaq dünyaya gəldi
Sevindi, güldü ana
Hər laylada bir şeir
Qoşdu öz övladına

Keçdi günlər, həftələr
Uşaq güldü, qımışdı
Ananın sinəsində
İlham qaynadı, daşdı

Bir gün isə tutaraq
Anasına üzünü
Uşaq ana söylədi-
O dedi ilk sözünü.

Uşaqla bir dil açdı
Şair- ana ürəyi
Yazıldı ağ vərəqə
Onun arzu-diləyi

Bəli, şair qəlbilə
Birləşdi ana qəlbi
Ana məhəbbətilə
Ürək tüğyana gəldi

Övladının hər işi
Min fərəh verdi ona
Yazdı, ilhamla yazdı
Yorulmaz şair ana.

 

 
 

 

 
© Musigi Dunyasi, 2009