Mədinə Gülgün (Ələkbərzadə Mədinə Nurulla qızı)
Astraxanbazar
şəhəri.
15 noyabr 1962-ci il.
Yoldaş şairə
Salam!
Mən sizin şeirlər kitabınızı oxumuşam
(1962). Sizin şeirləriniz mənə olduqca böyük
təsir bağışlamışdır.
Sizin əsərlərinizdə mən maraqlı bir şeyə
rast gəlmişəm. Elə bu da məni Sizə məktub
yazmağa məcbur etdi. Bu ondan ibarətdir ki, Siz demək
olar ki, hər bir əsərinizdə, şeirlərinizin
əksəriyyətində Təbriz şəhərini
arzulayırsınız. Belə guman edirəm ki, Siz Təbrizdə
və ya Cənubi Azərbaycanın hansı guşəsində
isə anadan olmusunuz.
Xahiş edirəm (şəxsən yox, bütün məktəbimizin
adından) öz tərcümeyi-halınızı ətraflı
surətdə, yazılı halda mənə göndərəsiniz.
Sizin həyat yolunuzla bütün uşaqlarımız
maraqlanırlar.
Xudahafiz.
Cavab göndərməyinizi bir daha xahiş edirəm.
Mənim adresim (ünvanım):Astraxanbazar şəhəri,
Nizami adına 1¹li on bir illik məktəb, IX «d» sinif şagirdi
Hüseynov Aydın.