Mədinə Gülgün (Ələkbərzadə Mədinə Nurulla qızı)

Hörmətli Mədinə xanım!

Sizə səmimi salamlar göndərirəm. Necəsiniz? Araz və Etibar necədirlər? Məndən Balaş qardaşa da salam söyləyin.

Mən sizə gec məktub yazsam da sizi unutmamışam. Sizin mehriban səsiniz, saf gülüşünüz və qəmli gözləriniz unudularmı?

Mədinə bacı! Xaricdə necə gəzdiniz? Sizin üçün yaxşı keçdimi? Arzu edirəm gün gəlsin ki, öz doğma vətəninizə belə gəzməyə gedəsiniz.

Mədinə bacı, siz həmişə mənim gözlərim önündə oturub «Qeyrilən yarımı mən ülfətdə gördüm ey fələk»… qəzəlinizi oxuyursunuz. O qəzəl mənə çox təsir etmişdir. Xahiş edirəm onu yazıb mənə göndərəsiniz.Mən qəmli vaxtlarımda həmişə onu oxuyacağam.

Hələlik sağ olun, Mədinə bacı.Sizi qucaqlayıb öpürəm və ayrılıram.Arzu edirəm bir də görüşək.Mamedin sizə və Balaş qardaşa salamı var.

Hörmətlə: Kəmalə

1 noyabr 1963-cü il

 

 
 

 

 
© Musigi Dunyasi, 2009