Mədinə Gülgün (Ələkbərzadə Mədinə Nurulla qızı)
Ürəyin
tələbatı.
Mədinə xanım Gülgünə.
Şeirlərinizdəki poeziyadan aldığım təəssürata
görə bu çiçək dəstəsini bir oxucu
kimi, şeirdən qidalanan bir oxucu kimi, içərisi
odlu-alovlu bir oxucu kimi, dərin temperamentli arzuları dil
açıb-danışan bir oxucu kimi, sənətkarın
qədrini bilib, onlara tez məftun olan bir oxucu kimi, sinəsində
cənub ailəsindən miskin xatirələr qalmış
bir oxucu kimi Sizə təqdim edirəm!
Ümumiyyətlə, mənim sənətkarlara etdiyim
müraciət məktubdan çox «Novellaya» bənzəyr.
Xahiş edirəm, bu Sizə qəribə görünməsin.
Mən ən çox o sənətkarların daxili aləminə
vurğunam ki, o, Xəlil Rza kimi (nervpatoloq) olsun! İstəyirəm
o (nervpatoloqlar) mənim sözlərimə ürək,
beyin, qan damarları versinlər. Mənə sənətkarların
sənətinə dar düşüncə ilə baxa
bilmirəm. Xöşbəxt o şəxsdir ki, hər
şeyə soyuqqanlılıqla yanaşır, dərdi
özündən kənara qovmağı bacarır. Mən
bütün fəlsəfi sözlərlə gəlib
dənizin sahilində dayanmaq istəyirəm! Ancaq o hansı
dənizdir!... O qartaldan dəm vuran qadın sinəsindəki
dənizdir!!! Bəli, doğru deyirsiniz, hörmətli
şairə, dənizin sahili var, ancaq sizin poeziyanızın
ucu-bucağı tükənməzdir. İstəyirəm
o dənizin suyundan nurlansın beynim-başım!
Doğrusu, son kitabınız mənə həm pis, həm
yaxşı təsir etdi.Yaxşı təsiri budur Ki,
insanlardan gizlədərək, zindana salıb, ağzını
qıfılladığım bir anketin səhifələrini
bu kitabda gördükcə vahimələndim, yerimdə
donub qaldım! Axı bu anketin açarı məndədir!
Bu açarı Sizə kim verib?! Onu mənə tanıtdırın.
İstəyirsiniz deyim o kimdir:
Ona zaman deyərlər, ona çox nifrətim var!..
Soruşur kamanə çox həvəsin var?
Deyirəm onsuz da zilim qalmayıb…
Deyir bəs həyatda hər bir neməti,
Ürəklə birlikdə dərk edir insan?..
Deyirəm baxçamın gülləri solub,
Həyatda hər şeyə məruz qalmışam.
Deyir bəs xöşbəxtlik bəxş etsəm necə?
Deyirəm qəlbimi almazsan ələ.
Deyir ki, kainat gec gedir, - Şahin!...
Gəlib bu karvana sarvan olsana!..
Deyirəm qəlbimdə üşütmələr var,
Mən çoxdan cənuba hazırlaşmışam!!!
İkinci təsiri budur ki, bundan aldığım təəssürat
məni qəhərləndirdi. Anamın keçirdiyi faciəli
həyat yadıma düşdü. Körpəsinə
lay-lay çalmaq istəyəndə hörükləri
tikanlı məftillərə dolaşa-dolaşa uca dağlar
zirvəsindən səsi gələn anamın. Hər
şirin kəlmənin sərlövhəsi anamın.
Mən elə buna görə də «Dənizin sahili var»
kitabınızı oxuduqdan sonra sizə məktub yazmaq
qərarına gəldim. Siz kədərli şairəsiniz!
Sizi görüm bundan sonrakı yaradıcılıq
yolunuz kədərsiz olsun…Gün o gün olsun ki, Təbrizdə
yazıb yaradasınız!...
Şahin Küsgün