“Hörmətli A. Y.
Pelşe yoldaş!
Sokolov yoldaşın arayışında ASE
–nin işindəki bəzi faktlarla yanaşı
son dərəcə subyektiv, bu faktları birtərəfli
izah edən əsassız müddəalar da
var...Sokolovun arayışla tanış olmaq
üçün mənə çox məhbud
vaxt verildiyinə görə, mən yalnız
bəzi yadımda qalan maddələri təkzib
edə bilərəm.
Birinci cildin maketini 4 aya, cildin özünü
isə il yarıma buraxılacağını
real saymaq üçün ya gərək obyektivlilik
hissini tam itirmiş olasan, ya da ensiklopediya nəşri
kimi mürəkkəb işin spesifik xüsusiyyətlərindən
heç başa çıxartmayasan. Halbuki 1966-cı
ildə, ensiklopediyanın nəşri haqqında
qərar qəbul edilməsindən beş ay
sonra Baş redaksiyanın bircə dənə
otağı belə yox idi, ştatı isə
yalnız tək bir baş redaktordan ibarət
idi. Ensiklopediya kollektivini güya başlı
– başına buraxılması haqqında Sokolovun
iddiası da həqiqətə uyğun deyil.
Məlumdur ki, ASE kollektivi çox böyük
iş görüb. I, II, III və qismən
IV və cildləri, habelə Azərbaycan və
rus dillərində xüsusi cildi hazırlayıb
60 min kəlmə - termindən ibarət sözlük
nəşr olunub. Onu demirəm ki, respublikada
ensiklopedik nəşr təcrübəsinin
olmamasını, terminaloji məsələlərin,
toponimika məsələlərinin bərbad
vəziyyətini də nəzərə almaq
lazımdır. Baş redaksiya onlarla əməkdaşını,
mütəxəsisləri məlumat toplamaq
üçün respublikanı şəhər
və kəndlərinə göndərməli
oldu və toplanan məlumatlardan bir çoxu ilk
dəfə bizim tərəfimizdən qeydə
alındı. Onlarla tarixi və coğrafi xəritələr
də ASE tərəfindən hazırlanmış
və nəşr olunmuşdur. Əgər bütün
bunlar yoldaş Sokolovun iddia etdiyi kimi kollektivin
başlı- başına buraxılmasıdırsa,
onda bəs gərgin, faydalı və mütəşəkkil
iş nə deməkdir?