MənimGöyçaydakı
bacım haqqında Sokolov yoldaşın iddiaları
da həqiqətən uzaqdır. Burada Sokolov
yoldaş rəqəmi ikiləşdirməkdən
də keçib, üzləşdirib; 95 kvadrat
metrlik Göyçay evimi 265 kvadrata çatdırıb.
Bu Göyçaydakı evdən Yazıçılar
İttifaqının dörd üzvü – mən,
həyat yoldaşım, oğlum və əmim
oğlu da istifadə edirlər. Moskvada, Kiyevdə,
Tbilisidə, Daşkənddə və başqa
şəhərlərdə yaşayan yazıçıların
səs – küydən uzaq bir yaradıcılıq
güşələri – bağları olduğu
kimi, mən də bu evi halal zəhmətimlə
qazandığım pullara və dövlət
təşkilatlarıyla müqavilə əsasında
tikdirmişəm (bu barədə bütün
sənəd və arayışları əlavə
edirəm).
Partiyaya üzvlük haqqını da mən
həmişə vaxtı – vaxtında vermişəm,
1972-73 – cü illərdə 8 ay ağır
xəstə yatdığım üçün
oğlum mənim üzvlük haqqımı
səhv hesabladığına görə lazım
olduğundan da bir qədər artıq məbləğə
verib.
Bütün bu ayın faktları nə səbəbdənsə
yalnış izah etdiyi və ədalətsiz
qənaətə gəldiyi üçün
qoy yolda. Sokolov öz partiya vicdanı qarşısında
cavab versin.
Mən heç vaxt razı olmaram ki, uzun illərin
namuslu fəaliyyətimdən sonra, ömrümün
66-cı ilində mənə əsassız
ittihamlar verilsin və mənim bir yazıçı
və kommunist kimi bioqrafiyama kölgə düşsün.
Məktubumun yeganə məqsədi budur.
Hörmətlə Rəsul Rza”.