"Anar, salam!
Nigarla sənə bəzi materiallar göndərmişdim.
Bu gün universitetin qəbul qaydalarını
sənə göndərirəm. Həm söhbət
nəticəsində, həm də qəbul
qaydalarından məlum olur ki, bütün fakültələrdə
rus dili və əcnəbi dillərə çox
fikir verilir. Sən bütün imtahanları
əla verəndən sonra Moskvaya gəlincəyə
qədər rus və ingilis dilləri ilə
ciddi məşğul olmalısan. Bu il ali məktəblərə
qəbul məsələsi çətinləşdiyi
və ciddiləşdiyi üçün daxil
olmaq istəyənlər möhkəm hazırlaşacaqlar.
Hansı institutu seçmək barəsində
mən sənə bir məsləhət vermədən
əvvəl aldığım məlumat əsasında
bu institutların bir Ötəri şəklini
çəkim.
Qorki adına Yazıçılar İttifaqı
institutu Puşkin meydanına yaxın, keçmiş
"Dom Gertsena" deyilən binada yerləşir, Bilirsən
ki, vaxtilə Mayakovski bu evin başabəla "şöhrəti"
haqqında yazmışdı. O zaman burada Yazıçılar
klubu varmış. Yazıçı qardaşlar
burda möhkəm əyyaşlıq, pozğunluq
və başqa bu kimi işlərlə məşğul
olurlarmış. O zamandan xeyli vaxt keçib,
çox şey dəyişib, indi bu binada institut
və 2 illik yüksək tipli Yazıçılar
kursu (aspirantura tipli) yerləşir. Lakin Mayakovskinin
yazdığı o boqema və pozğunluqlardan
ilişib qalan bir çox "əməllər"
hələ də qalır.
...studentlərdən bir çoxu - güclərini
qızışmış üzüm suyu və
bu kimi "dəli sulara" vururlar. Amma məlumdur
ki, hər sərxoş yazıçı olsaydı,
onda bütün pivə dükanlan, çaxır
zavodlan və kabaklar yazıçı məktəbi
adlanardı və bütün sərxoşlar
Yazıçılar İttifaqına üzv olardı.
Sən deyərsən ki, belələri yazıçılar
sırasında az deyil, ancaq bilirsən ki, bu
heç də belə adamların talant dərəcəsinin
yüksəkliyinə dəlalət etmir.