Mütləq bir aylıq,
ay yarımlıq müəllim tutmaq lazımdır,
həm rus dili, həm də ingilis dili ilə
hər gün məşğul olmaq lazımdır.
Unutma ki, bu il institutlara medalları da çox
ciddi yoxlama ilə qəbul edəcəklər.
Əgər yaxın zamanda medallar haqqında
qayda dəyişməsə də "sobesedovanie"
deyilən şey özü bir nov imtahandır.
Bu söhbət zamam tələbənin ümumi
həyat görüşü dairəsini, inkişafını
yoxlayırlar.
Əziz oğlum! Mən sənə heç bir
yüngüllük, güzəşt vəd
etmək istəmirəm. Mənə elə
gəlir ki, sənin buna ehtiyacın da yoxdur.
Mən səni ancaq ciddi çalışmağa,
ən ciddi imtahan, ən ağır zəhmətə
hazır olmağa çağırıram.
Ən sonda deyə bilərsən ki, bəs
mənə hara girməyi məsləhət
görürsən ? Mən sənə dəqiq
elmlərdən birini, məsələn, geologiyanı
məsləhət görürəm, lakin sən
Qorki institutuna, ya MQU-nun ülologiya, ya jurnalistika
şöbələrinə girmək qərarına
gəlsən, mən yox demərəm və
mənim arzuma əks getdin deyə sənə
heç bir məzəmmət eləmərəm.
Çünki sənə bütün təfərrüatı
yazdım. Mən inanıram ki, bütün
yazdıqlarımı nəzərə alıb
sən öz qəlbinin, öz könlünün
səsini eşidər və doğru qərar
qəbul edərsən. Bununla mən sənin
atacağın ciddi bir addımın məsuliyyətini
sənin çiyninə qoymaq istəmirəm...
Mənim məqsədim budur ki, sənin istək
və iradəni zorlamayım. Hələlik
bu qədər. Sağ ol, oğlum!
...Məndən Nigara salam. Məktubu ona da oxu,
gör onun fikri nədir.
Atan Rəsul. 27 may, 1955-ci il. Moskva".