Rəsul Rza

Sən bilirsə ki, mənim təhsilim çox qırq, qeyri-müntəzəm olub. Mən istəmirəm ki, bu cəhətdən sənin taleyin mənimkinə oxşasın.

Universitetin filoloji və jurnalistika fakültələri də vardır. Bunlar da ədəbiyyat müəllimləri, redaksiya işçiləri, ədəbi işçilər yetişdirirlər. Ümumiyyətlə, sənə deməliyəm ki, ali məktəbdə mükəmməl, ya səthi bilik almaq mühüm bir dərəcədə tələbənin özündən asılıdır.

Ən gözəl ali məktəbdə pis oxumaq, az bilik kəsb etmək mümkündür. Hansı instituta, hansı fakültəyə girirsən gir. Səndən ağır, ciddi zəhmət tələb olunacaq. Sən bilməlisən ki, orta məktəbdə olan arxayınçılıq artıq bir xatirə olaraq geridə qalacaqdır. Ali məktəb sistematik dərin, yorğunluq bilməyən bir fədakar həyat tələb edir. Əlbəttə, burda da heç nə eləməmək, günü günə satmaq, birtəhər keçinmək olar. Lakin bunlar hamısı öz hesabına olacaq. Bunlar hamısı sənin bilik sərvətinin azalması, yarımçıq qalması hesabına olacaq. Burda müəllim ancaq sənə məsləhət verə bilər, sənin çalışmağına, səyinə əlavə qüvvət verə bilər, lakin heç bir zaman sənə səni əvəz edə bilməz. Sən deyirsən ki, bu ancaq ali məktəb deyil, orta məktəbdə də belədir. Doğrudur. Ancaq bu fərqi var ki, ali məktəbdə birəbeş dəfə artıq səndən iradə, müstəqil hərəkət tələb olunur. Burda bilik kəsb etmək, mədəni adam olmaq, məlumat və görüş dairəsini genişləndirmək üçün ali məktəbdən əlavə Moskva mühiti, Moskva həyatı kimi böyük bir universitet də vardır. Lakin bu həyat bir dənizə bənzəyir ki, onun dərin, dayaz yeriərini, küləkli, sakit tərəüərini öyrənməsən, onun girdabı harda, sualtı daşları harda olduğunu yaxşı-yaxşı yoxlayıb mənimsəməsən, o səni tez öz burulğanında məhv edə bilər... ...İyul ayının birindən burda həm universitet, həm də Qorki Insitutunda konsultasiyalar olacaqdır. Nigarla da məsləhət elə, bəlkə bu konsultasiyalarda iştirak eləmək üçün Moskvaya bir az tez gəlmək lazım oldu. Əgər məktəbi medalla bitirsən (buna əmin olmaq istəyirəm), onda konsultasiya olmasa da keçər. Ancaq məktəbi nə nəticə ilə qurtarmağından asılı olmayaraq rus və ingilis dilləri ilə məşğul olmaq lazımdır.


 

   

© Musigi Dunyasi