Əziz dostum İlyas!
Salam!
«Nazirlikdən gələn» adlı hekayəmi sənə
göndərirəm. Bu hekayəni keçən il yazmışdım.
Ancaq bir qədər xoşuma gəlməmişdi.Yenidən
işlədim.Daha doğrusu, yarıdan çoxunu təzədən
yazdım. Gərək ki, indi pis olmasın.Satirik səpgidə
yazılıb.
Əgər bəyənsən, «Azərbaycan» jurnalı
redaksiyasına – Qılmana verərsən (özün
dediyin kimi!).
Yavaş-yavaş yazıram…
Sənə cansağlığı və müvəffəqiyyətlər
arzu edirəm.
Sənin dostun Əli.
Məndən çox-çox salam – Elçinə, Teymura,
Nənəyə…
16.III.64