Əziz dostum İlyas!
Salam!
Sənin qeydlərini nəzərə alaraq «Nazirlikdən
gələn» hekayəmdə düzəlişlər
eləyib yeni varinatını sənə göndərirəm.
Ümidvaram ki, bu hekayəm tezliklə radioda oxunar.
Sənin məsləhətlərin hər dəfə
elə bil yenidən mənə qanad verir, yeni-yeni şeylər
yazmağa həvəsləndirir. İndi mənə
aydın olur ki, dost məsləhəti, dost tənqidi
bəzən sərt də, deyərəm ki, acı da
olsa xeyri həmişə uzaq mənzilli olur, mübaliğə
olmasın, uzaq mənzilli raketlər kimi! İndi mən
bunu dönə-dönə təsdiq edirəm, təkcə
təsdiq yox, təqdir edirəm…
Yazacam və həmişə də sənin məsləhətindən
istifadə edəcəyəm, həm də ustada layiq
şagird olacam!
Hələlik bu qədər.
Yolunu gözləyirəm.
Sənin Əli 2 may 1963 il