Əziz dostum
İlyas!
Salam!
Yeni yazdığım «Palto»hekayəsini mühakimənə
göndərirəm. Lazım bilsən dərc olmaq üçün
bir yerə verərsən.
Mənim «Ədəbiyyat və incəsənət» qəzetində
olan hekayəmdən bir səs-səmir yoxdur. Bəlkə
yaddan çıxıb?
Mənim üçün putyovka düzəltməyi unutma.
Mən bu il sanatoriyada dincəlməyi sınaqdan çıxartmaq
istəyirəm.Nyutona xəbərdarlıq eləmişəm,
sənin yanına gələcək. Mənə putyovka
gələn ayın əvvəllərində, bu mümkün
olmasa ortalarına lazımdır. Putyovka ucuz olmasın.
Yazıb-pozmaq fikri beynimdən çıxmır.Nə
qədər müvəffəqiyyətsizliyə uğrasam
da yenə bu işi tərk etmək fikrində deyiləm.
Mənə elə gəlir ki, məndə nə isə
var, ancaq hələlik kifayət qədər ciddi yanaşmadığıma
görəmi, ya az çalışdığımdanmı,
nədənsə müvəffəq ola bilmirəm. Ancaq
mütləq olacam! Ola bilsin ki, bunlar hamısı məndə
bir maniyadır?!
Məndən Nənəyə, Mustafaya, Tofiqə, Elçinə,
Teymura çox-çox salam!
Dostun Əli!
Sabirabad. 6 iyun 1961 il.