Sevimli dostum və
qardaşım İlyas salam!
Göndərdiyin əlavəlri Tamara Georgievna alıb.
İşləyir və az vaxta kimi kitabın hazırlanıb
mətbəəyə göndəriləcək. Bir sözlə,
sənin gəlməyin lazım deyil və bu artıq
xərc olardı. Ayrı nə qulluğun olsa durmuşam,
mən səni çox istəyirəm və sənə
sadiq dostam, qardaşam!.. Gələn il hekayələr
kitabını saldıracağam plana, şərtləşdiyimiz
kimi. «Söyüdlü arx» ilə «Körpü salanları»
isə «?????» ayrıca təzədən çap etdirəcəyəm.
Sösüz.
İndi mənim bir kiçik xahişim var: ötən
il yayda Mehdi Hüseyn və Kübra Dadaşovaya tapşırdım,
Hüseyn Cavidin «Siyavuş» əsərinin sətri tərcüməsini
mən eləmək üçün naryad versin.
İndiyə kimi o Kübra mənə naryad göndərməyib.
İsa Hüseynov qışda Moskvaya gələndə
ona tapşırdım ki, naryadı göndərtdirsin.
İsa mənə yazıb ki, o, Kübra nalamıxa döyür…
Səndən xahiş edirəm ki, bu barədə şəxsən
özün tədbir gör və «Siyavuş» əsərini
mən sətri tərcümə eləmək üçün
şəxsən özün mənə naryad göndərtdir.Bu
barədə səndən tezliklə cavab gözləyirəm
qardaşım. Öpürəm səni. Uşaqlarına
salam-dua və sənin evinə hörmət və ehtiram.
Sadiq qardaşın İbrahim Kəbirli.
1 mart 1967. Moskva şəhəri.