Qardaşım İlyas!
Hörmət və ehtiram!
Əziz qardaşım! Təzə ildə Sənə
möhkəm sağlamlıq, müvəffəqiyyət
diləyirəm. Biləsən ki, pyesin «İskusstvo» nəşriyyatında
mətbəəyə verilib və qanarar məsələsi
həll edilir. Arxayın ol.
Qaldı «Söyüdlü arxda» romanını 1959 il
planına salmaq üçün bütün iş, rəy
mənim boynuma. Sən əsəri göndər.1959 ildə
plana düşməsə mən cavab verirəm!
İlyas! Orada mənim bütün interesimi (marağımı)
qorumağı sənə arxayınam. Mənim şeirlərim,
mənim ədəbiyyatımıza Moskvada köməyim
sənə ixtiyar verir ki, mənim intereslərimi tapdanmağa
qoymayasan orada. Qabaqda dekada var. Gərək mən dekada
iştirakçılarının sırasında olam.
Bu təbiidir. Olmasa bu cinayətdir, şairi təhqir
deməkdir və mən belə təhqirə dözmərəm
Qardaş!...
Bilsənki orada məni alçatlmağa çalışan
«adamlar» var. Ona görə də bu haqda sənə deyirəm.
Özüm orda olsam heç narahat olmaram. Mənim nə
cür zəhmətkeş şair olmağım sənə
məlumdur və mən öz haqqımı istəyirəm,
haqqıdan savayı mənə heç nə lazım
deyil qardaşım!..
Məncə istəyim sənə aydındır!
Mən arxayınam ki, Nəbi məni sevir, Nəbi də
məni incidənlərə qəti imkan verməz. Çünki
o, şairdir və şeir nə zəhmətlə başa
gəlirsə yaxşı bilir!..
Öpürəm səni.
Məktub yazsan sevinərəm!..
Sənin İbrahim Kəbirli.2/I 59 ildə
P.S. İlyas! Bəs Kübra Dadaşova niyə mənə
naryad göndərmədi ki, Adil Babayevin poemasının
sətri tərcüməsini eləyim? Xahiş edirəm
göndərtdir. Ehtiyacım var.