İlyas Əfəndiyev

Hörmətli İlyas müəllim!

Sizin üçün salamlarım qəlbən olduğuna inana bilərsiniz.

Yenə də oradan başlayaq: İlyas müəllim, mən bilmirəm ki, bu etinasızlıq nə üçündür? Nə üçün «Ədəbiyyat və incəsənət» qəzetinin redaksiyası yoldaşlara bu cür münasibət bəsləyir? Nə üçün onlar məni adam hesab etmirlər?

Söhbətimiz mənim şəxsən sizin adresinizə göndərdiyimi, telefonla dediyinizə görə sizin məsləhətəiniz əsasında Əbülhəsən yoldaşın müsbət mülahizə yazıb, «Ədəbiyyat və incəsənət» qəzetinə təqdim etdiyi «Gündüz» adlı hekayə üzərində gedir. Siz dediniz ki, hekayə bəyənilmişdir. Hekayənin redaksiyaya təqdim edildiyi vaxtdan 7 aydan artıq keçir. Ondan sonralar yazılmış çox hekayələr çap olunmuşdur. Lakin mənim hekayəmdən hələ də bir xəbər yoxdur. Bilmirəm ki, səbəb nədir? Əgər çap olunması məsləhət deyilsə, sahibinə cavab qaytarmaqdamı mümkün deyil?

Mən bu barədə bir dəfə Əbülhəsən yoldaşa da yazdım, lakin ondan da cavab olmadı.

Nə isə ehtinasızlıq……………………..

Mən sizdən çox xahiş edirəm ki, əziyyətini qəbul edib, əhvalatdan məni halı edəsiniz.

Məndən bütün yoldaşlara, şəxsən İsa Hüseynov, İ.Şıxlı və B.Bayramova çoxlu salam söyləyin. Nəticəsi hələ bitməsə də, onlar mənim xeyli əziyyətimi çəkdilər. Hörmətlə!

Xanlar r-nun Qırıxlı orta məktəbi İdris Abbasov. 8 sentyabr 1958
.

   

© Musigi Dunyasi