İlyas Əfəndiyev

Hörmətli yazıçımız İ. Əfəndiyevə.

Biz sizin minlərlə oxucular kimi çapdan çıxmış hər bir əsərinizi böyük maraqla oxuyuruq. Bu yaxınlarda çapdan çıxan «Körpüsalanlar» əsərinizi də oxuduq. Bizdə əsərdəki surətlərə qarşı, eləcə də, sizin bu surətlərə qarşı münasibətinizdə, bizə elə gəlir ki, bir anlaşılmamazlıq var. Biz nəinki Səriyyənin hərəkətələrinə, əksinə Adilin hərəkətlərinə çox haqq qazandırırıq. Bizə elə gəlir ki, Səriyyə çox hallarda həddindən artıq özünü sərbəst aparır, çox şit hərəkətlərə yol verir. Adil kimi tək-tək oğlanlar tapılar ki, qızın bu cür hərəkətlərinə soyuqqanlılıqla yanaşsın. Adilin kiçik nöqsanlarını nəzərə almasaq, o dövrümüzün ən müsbət surətlərindən biridir.

Hörmətli yazıçımız, bəlkə də biz düzgün başa düşmürük. Əgər vaxtınız olarsa Adil və Səriyyə haqqında bizim bu münasibətimizə qarşı öz fikrinizi bildirəsiniz. Biz sizə çox minnətdar olarıq.

Hörmətlə: Azerenergiyanın QEŞ-nin Yevlax ŞR-nun mühəndisi – Hüseynov L., texniki – Salmanov Z.

   

© Musigi Dunyasi