Hörmətli İlyas
!
Salam!
Məktubu necə başladığımı belə
bilmirəm. Mən necə yazım ki, siz məni xatırlayıb
tanıyasınız. Bəlkə də siz məni heç
xatırlaya bilməyəcəksiniz, bu təbii haldır.
Biz bir-birimizi 20 ilə yaxındır ki, görmürük,
bu müddətdə hərçənd mən sizi bir
anlıq, bir neçə dəfə uzaqdan görmüşəm
–baxmayaraq biz uzun müddət görüşmürük
amma mən istəsəm də sizin çətin dəqiqələr
də mənə qürbət vilayətdə etdiyiniz
yaxşılığı unuda bilməmişəm.
Mən həmişə sizi və Mustafanı xatırlayıram.
Lakin cəsarət edib məktubla da olsa əlaqə yarada
bilmirdim. Məktubu sizə Yardımlıdan Sona müəllimə
yazır. Bəlkə xatırlayasınız, Qabilin qayını
Firuz sizə demiş olar, mən bir neçə dəfə
sizi ondan soruşmuşam. Bəlkə də siz məni
görərkən də tanımayacaqsınız.
Məktubum sizi narahat etsə üzr istəyirəm.
Hörmətlə: Sona 17/III-62.