Hörmətli yazıçı,
əziz İlyas Əfəndiyev, salam!
Mən «Azərbaycan» jurnalından Sizin «Söyüdlü
arx» romanınızı oxuyub qurtardım. Mən sizin
bütün hekayələrinizi, olduqca səmimi və
gözəl pyeslərinizi də oxumuşam. Bu məktubu
yazmaqda məqsədim «Söyüdlü arx» haqqında
öz fikirlərimi Sizə bildirməkdir. Axı Siz,
mənim ən çox sevdiyimi müasir Azərbaycan nasirlərindən
birisiniz. Nə üçün mən Sizi, orijinal yaradıcılığınızı
bu qədər sevirəm. Sizi mənə sevdirən əsərlərinizin
lirik dili, müasirlik ruhudur, daima-torpağa da ruh vermək
kimi ecazkar bir qüvvətə malik həqiqi istedadınızdır.
Romanı oxuyub qurtardıqdan sonra sanki ürəyimə
Söyüdlü arx dolusu sevinc axdı. Hər şey
öz yerindədir. Adamı təəssüfləndirən
heç bir şey yoxdur.
Məsələn, Nuriyyənin yuxusu ( səh.64) nə
qədər real, nə qədər düzgün verilmişdir.
Onun yuxuda Səadəti görməyi, çayda çimməsi
və günəşin onun gözünün qamaşdırması
nə qədər realdır. O, yuxuda məhz bunları
görə bilərdi. Sizin romanınız elə bil
ki, bizim Boladi kəndi haqqında yazılmışdır.
Kəndimizin Nuriyyə kimi bir incəsənət işçisinə
çox ehtiyacı vardır. Romandakı xeyirxah adamalar
sanki bizim kəndin adamlarıdır. Mən çox arzu
edərdim ki, Nuriyyə Hümmətlə evlənəydi.
Buna Hümmət də razı idi. Nuriyyə onda həqiqətən
xoşbəxt olardı. Nə üçün Siz Nuriyyənin
taleyini bu cür həll etmədiniz? Nə üçün
Siz onu özündən on səkkiz yaş böyük
bir mühəndislə evləndirdiniz? Axı onu özü
yaşda başqa gənclər də sevə bilrdi, xahiş
edirəm cavab yazın. Gözləyirəm!
Hörmətlə!
Sizin oxucunuz: Şəkər Aslanov, Lənkəran r-nu
, Baloyi kəndi.