İlyas Əfəndiyev

Hörmətli yazıçı!

«Azərbaycan» jurnalının 10 və 11-ci nömrələrində çap etdirdiyiniz «Söyüdlü arx» romanı üçün bir oxucu kimi Sizə –mənim sevimli sənətkarıma – (mən hələ lap kiçik bir qız ikən Sizin hekayələrinizi sevərdim, böyük həvəs və maraqla oxuyardım)-necə təşəkkür edəcəyimi bilmirəm.

Mən şəxsən Sizi tanımıram. Universitetdə oxuduğum 5 il içərisində-şair və yazıçıları sevdiyimə baxmayaraq Sizi görməişəm. Lakin ürəkdən gələn sözləriniz, məzmunlu və dolğun əsərləriniz arxasından oxucuya baxan gülümsər çöhrənizi xəyalımda canlandırıram.

«Söyüdlü arx»da məni qane etməyən bir cəhət varsa, o da nə üçün Nuriyyə Hümmətlə evlənməsin?! Nə üçün o özündən çox böyük olan yaşlı bir mühəndisə ərə gedir?

Bilirsinizmi, əziz yazıçı! Romanı oxudum. Lakin son sətirləri oxuyarkən boğulurdum. Elə bil iki əllə məni boğur, nəfəs almağa qoymurdular. Gərilmiş telləri insafsızcasına qırmaq nəyə lazımdır?!

Hörmətlə.

Pərəstişkar oxucunuz ZEYNƏB ZAMANOVA

19/XI-58 Göyçay, Sovet küçəsi 91 ¹li ev

   

© Musigi Dunyasi