ƏZİZİM MÜSLÜM!
Sənin məktubunun məni və Məleykəni
nə qədər sevindirdiyini təsəvvür
edə bilməzsən. Məktubunu almazdan əvvəl
elə yay istirahəti haqqında danışırdıq.
Bu qədər gərgin işdən sonra istirahət
etmək çox vacibdir. Sentyabrdan e'tibarən daha
artıq işləməli olacağam; biz deyirdik
ki, işdir, əgər yayda pulumuz olmasa, sözsüz
ki, istirahət edə bilməyəcəyik, lakin
sənin məktubun bizdə ümid doğurdu, bizi
sakitləşdirdi və ruhlandırdı. Sənin
dar günü üçün yığdığın
150 manatı yay istirahətimizi tə'min etmək
üçün bizə göndərməyindən
çox mütəəssir olduq, çox yaxşı
iş görmüsən; biz artıq qənaət
etməyə alışmışıq, belə
ki, 150 manatın 50 manatını evə göndərdik,
özümüzə yüz manat qaldı, hələ
bundan 25 man. ev kirəsi, 14 man. pianoda çalmaq haqqı
(iki aylıq) verdik və lombarddan bə'zi şeylərimizi
götürdük, bütün bunlar onun sayəsində
mümkün olmuşdur ki, evdə bişirib yemişik,
əgər restoranda nahar etsək, hər ay azı
20—25 manat artıq xərcləməli olarıq.
Bu dəfə bizə 170 manat lazımdır (ən
kiçik xəcldəri belə nəzərə
alıb hesablamışıq), əziz Müslüm,
200 manatın 30 manatını ehtiyat üçün
saxla, qalan 170 manatı isə teleqrama artıq pul
verməmək üçün poçtla bizə göndər,
lakin pulu ayın 1-nə1 qədər almağımız
üçün fevralın 25-də yola sal, çünki
1-dək pulumuz qurtaracaqdır.
Məktubundan görünür ki, konservatoriyaya
daxil olduğuma əvvəlcə inanmamışsınız,
eyib olsun, məgər mən belə bir yalan danışarammı,
özü də teleqrafla! Dərslərim müvəffəqiyyətlə
keçir, ümid edirəm ki, kontrapunkt sinfinə
keçə biləcəyəm, həmin sinifdə
kontrapunktla yanaşı instrumentovka da keçəcəyik;
deməli, bir ildən sonra bəstəkarlıq uçün
lazım olan şeylər: harmoniya, kontrapunkt və
orkestrovka haqqında mə'lumatım olacaqdır,
inşallah, onda səninlə birlikdə daha əsaslı,
mütəşəkkil və maraqlı fəaliyyətə
başlaya bilərik. İndi isə əldə etdiyin
parlaq müvəffəqiyyətlərini axıradək
davam etdirməyini arzulayıram inşallah, tezliklə
görüşərik. Badyuşa, Camula və bütün
qohumlara salam söylə. Hamınızı öpürəm.
Sənin Üzeyrin.
19 fevral 1914-cü il SPb
1 Mart ayı nəzərdə tutulur. |