Sevimli yazıçımız
İlyas Əfəndiyev yoldaş!
«Söyüdlü arx» kimi ölməz sənət əsəri
yaratmğınız münasibətilə Sizi təbrik
edir və öz yaradıcılığınızda
sizə daha böyük müvəffəqiyyətlər
arzulayıram!!
Əsərinizin məziyyətləri və bəzi mülahizələr
haqqında mən öz «Açıq məktubumla» sizə
müraciət etmək istədim ki, qoy bu kiçik rəylə
geniş oxucu kütləsi də tanış olsun. Təəsüf
ki, «Ədəbiyyat və incəsənət» qəzeti
redaksiyası bu vaxta qədər mənim resenziyamı
verməmişdir. (Kaşki, yoldaşlar insafa gələydilər!)
Mən bir daha Sizin nəzərinizə çatdırmaq
istədim ki, «Söyüdlü arx»ı yaratmaqla biz oxucuları
ürəkdən sevindirdiniz….
Sizə yeni yardıcılıq müvəffqiyyətləri
arzulayıram!
Həsən Əmirov.
Puşkin rayonu, Novo Qroyski 7 illik məktəbinin müəllimi.
3/ı -59.