Hörmətli müəllim,
əvvəla salam!
Sizə verəcəyim əziyyət üçün
sizdən üzr istəyirəm.
Mən sizin bu yaxınlarda çapdan çıxmış
«Körpüsalanlar» əsərinizi oxudum. Əsəriniz
çox xoşagələndir, mənim olduqca xoşuma
gəlmişdir. Lakin əsərin sonu mənə qaranlıq
gəldi, daha doğrusu əsərin sonunu aydınlaşdıra
bilmədim. Əsəri sona çatdırdıqda məlum
olur ki, Adillə Səriyyə ayrıdırlar. O da məlum
olur ki, Səriyyə ilk gündən Qəriblə və
Qərib də Səriyyə ilə az maraqlanmır.
Bəs Səriyyənin axırı necə oldu? O, Qəriblə
həyat quracaq, yoxsa yenidən öz ailə həyatına
qayıdacaq? Ancaq Adilin yenidən gəlib Səriyyəni
aparacağı ümidi yenidən gözlənilir.
Xahiş edərdim ki, Səriyyənin axırı, yəni
kimə qismət olması barədə mənə məlumat
verəsiniz.
Çünki onun taleyi məni çox maraqlandırır.
Bağışlayın. Hörmətlə Şiringül
Əkbərova.