İlyas Əfəndiyev

Əziz və hörmətli yazıçımız, yaradıcılığının, gözəl povest və romanlarının önündə həmişə səcdə etdiyim İlyas müəllim!

Mən sizə lap əvvəllərdən məktub yazmaq istəyirdim. Qorxurdum ki, balaca olduğum üçün məktubumu oxumayacaqsınız. İndi onuncu sinifdə oxuyuram. Mən sizin əsərlərin hamısını oxuyuram. Əlbəttə, böyük və səmimi məhəbbətlə! İlyas müəllim, yazın görüm, necəsiniz?

Mən sizin yeni əsərinizlə maraqlanıram. Xahiş edirəm, sizinlə radio- müsahibə düzəldəndə bu haqda danışasınız.

Əlbəttə, vaxtınız azdır. Sizin vaxtınızı çox almaq istəmirəm. Qabaqdan Yeni il bayramı gəlir. Sizi bu bayram münasibətilə təbrik edir, həyatda yeni-yeni müvəffəqiyyətlər arzulayıram. Həmçinin, sizə ailənizlə xoşbəxt olmağınızı arzu edirəm.

Hörmətlə: Qasım İsmayılov rayonundakı Səfikürd kənd orta məktəbin X sinif şagirdi Mənsuriyə Həsənova. 22/XII-66-cı il.

   

© Musigi Dunyasi