Axtarış 
         DÖVLƏT XADİMLƏRİ     ELM XADİMLƏRİ     MUSİQİ XADİMLƏRİ
          ŞAİR VƏ YAZICILAR     RƏSSAMLAR     TEATR, KINO XADİMLƏRİ

Dövlət xadimləri



 


Nərimanov Nəriman Kərbəlayi Nəcəf oğlu

(1870 – 1925)

Görkəmli ictimai-siyasi və dövlət xadimi, yazıçı, həkim Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanov 1870-ci il aprelin 14-də Tiflis şəhərində anadan olmuşdur. İlk təhsilini ruhani məktəbində almışdır. 1890-ci ildə Qori seminariyasını bitirdikdən sonra Tiflis quberniyası Borçalı qəzasının Qızılhacılı kəndinə müəllim təyin olunmuşdur. 1891-ci ildə Bakıya gələrək, genş fəaliyyətə başlamışdır. 1894-cü ildə türk-müsəlman əhalisi üçün ilk xalq qiraətxanası təşkil etmişdir. Həmin il N. Nərimanovun «Nadanlıq» pyesi azərbaycan dilində çap olunmuşdur. Bu d.vrdə Nərimanov «Dilin bəlası», «Bahadır və Sona», «Nadir şah» əsərlərini, bir çox publisistik məqlələr, azərbaycan və rus dillərini öyrənənlər üçün dərsliklər yazmışdır.

1902-ci ildə Odessadakı Novorossiya İmperator Universitetinin tibb fakultəsinə daxil olmuşdur. Nərimanov siyasi fəaliyyətə Odessada başlamışdır. 1905-ci ildə «Hümmət» sosial-demokrat təşkilatına daxil olmuş, bu dövrdə İran inqilabçıları ilə sıx əlaqə saxlamış, İran «Mücahid» partiyasının əsasının qoyanlardan biri olmuşdur.

1908-ci ildə Odessanın Novorossiya İmperator Universitetini bitirib Bakıya gəlmişdir. 1909-cu ilin əvvələrində Tiflisə köçüb həkim-terapevt işləyən Nərimanov inqilabi fəaliyyətinə görə həbs edilmişdir. 6 ay Metex qalasında saxlanılmışdır. Ona qarşı irəli sürülən ittiham «Mücahid» təşkilatının üzvü olması və İran inqilabçılarına yardam ilə bağlı idi.

1909-cu ilin sentyabrında Həştərxana sürgün edilən Nərimanov burada olduğu müddətdə Qafqazla əlaqələrini kəsməmiş, yerli mətbuatda fəal əməkdaşlıq etmiş, mədəni kütləvi təşkilatların işində çalışmış həkimliklə məşğul olmuşdur. Həştərxan xalq universitetinin sədri olan Nərimanov Həştərxan quberniyası həkimlərinin II qurultayında «Şureyi-İslam» cəmiyyəti adından çıxış etmiş. Həştərxan Şəhər Dumasının üzvü seçilmişdir.

1913-cü ilin iyulunda Həştərxandan Bakıya qayıdan Nərimanov həkimliklə yanaşı, ədəbi-publisistik və maarifçilik fəaliyyətini davam etdirmiş, «Pir», «Bir kəndin sərgüzəşt» əsərlərini yazmış, «Nicat» cəmiyyətinin maarif bölməsinin sədri seçilmiş, «Tənqid gecələri» ədəbi dərnəyinin yaradılmasına rəhbərlik etmişdir. «Xalq yurdu», «Ədəb yurdu», «Xalq evi», «El yurdu», «Qənaət» adlı cəmiyyətlərin təşkilatçılarından və mühazirəçilərindən biri olmuşdur.

1914-cü ildə Nərimanov Gülsüm xanım Əliyeva ilə evlənir.

1918-ci il aprelin 25-də Nərimanov şəhər təsərrüfatı komissarı kimi Bakı Xalq Komissarları Sovetinin tərkibinə daxil edildi. Şəhərin sanitar vəziyyəti, şəhər müəssisələrinin, xəstəxanların, təhsil müəssisələrinin vəziyyəti ilə bağlı tədbirlər görmüş, onun təklifi və imzası ilə Bakı Xalq Komissarlar Sovetinin kağız pul nişanları buraxılmışdır. 1918-ci ilin ayında ağır xəstələnərək Həştərxana müalicəyə göndərilmişdir. 1919-cu ilin iyulunda Moskvaya gələn Nərimanov RSFSR Xalq Xarici İşlər Komissarlığında Yaxın Şərq şöbəsinin müdiri təyin edilmişdir.

1920-ci ilidə Azərbaycanda Sovet Hakimiyyəti qurulan zaman Nərimanov Azərbaycan xalqnın Milli-mədəni tərəqqisinə, din problemlərinə, Azərbaycan dilinə dövlət statusu verilməsinə, Milli ziyalılara və təhsilə xüsusi diqqət yetirmiş, Milli adət-ənənələri qorumuş, elm, maarif və mədəniyyətin inkişafına qayğı göstərmişdir.

Nərimanov fəaliyyətə başlayarkən Azərbaycan artın İrəvan və Dərbənd ərazilərini itirmiş, Zaqatala, Zəngəzur, Naxçıvan, Qarabağ və Bakının taleyi isə mürəkkəb olaraq qalırdı. Onun qətiyyəti sayəsində Naxçıvan, Qarabağ, Zaqatala Azərbaycanın tərkibində saxlanılmış, Bakı Azərbaycanın paytaxtı kimi tanınmışdır. Zəngəzurun isə Azərbaycandan ayrılmasının qarşısını ala bilməmişdir.

O, Milli ordunun, aviasiyanın, nəqliyyat sisteminin yaradılmasına diqqət yetirmiş, Bakı-Culfa dəmiryolunun, Bakı-Tiflis-Batum neft kəmərinin çəkilməsini başa çatdırmışdır. 1922-ci ildə SSRİ MİK-in sədri seçilmişdir.

1925-ci il martın 19-da Moskvada vəfat etmişdir.

   

© Musigi Dunyasi