Kazımzadə Kazım
Məmmədəli oğlu
(1913
- 1992)
Kazımzadə Kazım Məmmədəli
oğlu (10.08.1913, Bakı) – Azərbaycan rəssamı,
qrafik, Azərbaycan xalq rəssamı (1965).
Azərbaycan əməkdar incəsənət
xadimi (1043). SSRİ Dövlət mükafatı
laureatı (1950).
Azərbaycan Rəssamlıq Texnikumunu (1936)
və İ.Y.Repin ad. Leninqrad Boyakarlıq,
Heykəltəraşlıq və Memarlıq
İnstitutunu (1960) bitirmişdir. 1942 ildən
Azərbaycan Dövlət İncəsənət
Muzeyinin direktoru, 1954 ildən Beynəlxalq Muzeylər
Şurası Sovet Komitəsinin əsas üzvüdür.
Kazımzadə, əsasən kitab illüstrasiyası
və dəzgah qrafikası sahəsində
fəaliyyət göstərirmişdir. İlk
dövrdə Nizaminin «İsgəndərnamə»
(«İqbalnamə»), «Sirrlər xəzinəsi»
(1940), «Leyli və Məcnun» (1947), «Xosrov və
Şirin» (1948) poemalarına, eləcə də
uşaqlar üçün işlənmiş
«Fitnə», «Sehirli üzük», «İsgəndər
və çoban» kitablarına illüstrasiyalar
çəkmişdir. «Cəbhə yollarında»
(1943) rəsmlər silsiləsində müharibənin
fəlakətləri əks etdirilmişdir.
Yaradıcılığında siyasi plakat
və karikaturalar da mühüm yer tutur.
1952 ildən «Kirpi» jurnalında əməkdaşlıq
edir. Kazımzadə tarixi-inqilabi və məişət
mövzularında rəsm silsilələri
(«Bakıda inqilabi-tarixi hadisələr», «Tibb
işçiləri») və tablolar («416-cı
diviziya döyüşdə», «Azad Kubada»,
«İraq lövhələri» və s.) yaratmışdır.
Dram və opera tamaşalarına, həmçinin
kinofilmlərə geyim eskizlərinin, süjetli
xalıların müəlliflərindəndir.
Qırmızı Əmək Bayrağı
ordeni və medallarla təltif olunmuşdur.