Axtarış 
         DÖVLƏT XADİMLƏRİ     ELM XADİMLƏRİ     MUSİQİ XADİMLƏRİ
          ŞAİR VƏ YAZICILAR     RƏSSAMLAR     TEATR, KINO XADİMLƏRİ

Rəssamlar



 


Cəlalbəyova Olqa Aleksandrovna

Cəlalbəyova Olqa Aleksandrovna – Azərbaycanın əməkdar incəsənət xadimi.

1884-cü il 16 noyabrda Gəncədə anadan olmuşdur. Uşaqlığı və ilk təhsil illəri Rusiyada keçmişdir. 1889-cu ildən Bakıda yaşamışdır.

1903-cü ildə I Bakı qızlar gimnaziyasını bitirmişdir. 1905-ci ildə ikiillik pedaqoji kursları bitirdikdən sonra Peterburqda Bestujev kurslarında təhsil almış və 1906-cı ildə Bakıya qayıtmışdır.

1906-cı ilin payızından O.Cəlalbəyova gimnaziyada müəllimlik fəaliyyətinə başlamışdır. Bu dövrdə o, M.Əzizbəyovla, N.Nərimanovla, N.Vəzirovla, H.Zərdabi ilə yaxın dost olmuşdur.

1913-1914 və 1917-1918-ci illərdə O.Cəlalbəyova Moskvada Ali qadınla kuesunun dinləyicisi olmuşdur.

1920 – 1937-ci illərdə O.Cəlalbəyova Azərbaycan Xalq Maarif Komissarlığında çalışmışdır. Kommunist partiyasının fəal üzvlərindən olmuşdur.

O, respublikada və xarici ölkələrdə keçirilən sərgilərin təşkilatçısı kimi fəaliyyət göstərmiş və bu sahədə böyük təcrübəli mütəxəssis kimi tanınmışdır. Onun rəhbərliyi ilə Leypsiq, Praqa, Ankara, London, Paris (1928-1937) kimi Avropanın böyük şəhərlərinin sovet mədəniyyətini təmsil edən sərgilər keçirilmişdir.

1938-1950-ci illərdə O.Cəlalbəyova Moskvada Azərbaycan teatrının tarixinə və ədəbiyyatının nailiyyətlərinə həsr olunmuş sərgilər təşkil etmişdir.

1939 – 1958-ci illərdə Nizami muzeyində çalışmışdır, bu muzeyin ekspozisiyalarının hazırlanmasında mühüm xidmətləri olmuşdur.

O.Cəlalbəyova Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur.

   

© Musigi Dunyasi