Ağazadə Fərhad
Məşədi Rəhim oğlu
(1880 - 1931) jurnalist, dilçi.
Fərhad Məşədi Rəhim
oğlu Ağazadə 1880-ci il avqustun 19-da
Yelizavetpol Şuşa şəhərində
anadan olmuşdur. Şuşada şəhər
məktəbini qurtardıqdan sonra 1898-ci ildə
Qoridə Zaqafqaziya müəllimlər seminariyasına
qəbul olunmuş 1900-cü ildə oranı
qurtarmışdır.
F. Ağazadə 1900 – 1905-ci illərdə
əvvəlcə Xaçmazda, sonra Gorusda kənd
məktəblərində, 1905-ci ildən
isə Bakıdakı rus-azərbaycan məktəblərində
müəllimlik emişdir.
F. Ağazadə hələ 10-cu
illərdə Azərbaycan ədəbiyyatı
və dilinin inkişafı ilə maraqlanmağa
başlamış və bu səhədə
xeyli iş görmüşdür. O, 1912-ci
ildə «Ədəbiyyat məcmuəsi» adlı
kitab tərtib edib çapdan buraxdırılmışdır.
F. Ağazadənin ərəb
əlifbasının yeni, latın əlifbası
ilə əvəz edilməsində böyük
xidmətləri olmuşdur.
F. Ağazadə Yeni Türk Əlifbası,
Azərbaycan komitəsi, sonralar isə Ümumittifaq
Komitəsinin üzıü olmuşdur. Yeni
türk əlifba komitəsinin işində
F. Ağazadə həm emi təşkilat,
həm də yeni əlifbaya aid nəzəri
məsələlərin hazırlanmasında
çox yaxından iştirak etmişdir. Onun
«Ərəb əlifbası türk dilinə
niyə yaraşır?», «Yeni türk əlifbalarının
unifikasiyası üzrə materiallar». «Azərbaycanda
yeni türk əlifbasının inkişafı
və həyata keçirilməsi tarixi», «Yeni
türk əlifbasının tarixi» kimi əsərləri
xüsusi əhəmiyyətə malikdir.
Bunlardan başqa F. Ağazadənin
dilçiliyə aid «Türk-tatar dillərində
səslərin nisbi münasibətini bilmək
bizə nədən ötrü lazımdır?»,
«Yazı qaydalarında mümkün ixtisarlar
məsələsinə dair» və s. məqalələri
vardır.