Axtarış 
         DÖVLƏT XADİMLƏRİ     ELM XADİMLƏRİ     MUSİQİ XADİMLƏRİ
          ŞAİR VƏ YAZICILAR     RƏSSAMLAR     TEATR, KINO XADİMLƏRİ

Elm xadimləri



 


Zeynalov Fərhad Ramazan oğlu

(1929 – 1984-cü illər) – türkoloq, filologiya elmlər doktoru, professor.

Müasir türkologiyanın inkişafında F.Zeynalovun müstəsnə xidmətləri vardır. F. Zeynalov 1929-cu ildə Ordubad şəhərində anadan olmuşdur.

O, 1947-ci ildə orta məktəbi qurtarandan sonra Ordubad şəhər Mədəniyyət evində direktor işləmişdir.

F. Zeynalov 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş və 1953-cü ildə oranı müvəffəqiyyətlə bitirmişdir.

1953 – 1956-cı illərdə M. Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında təcrübə keçmişdir.

O, 1956-cı ildə S. M. Kirov adına ADUnun filolojiya fakültəsində işə başlamış. 1969-cu ildən etibarən türkologiya kafedrasında fəaliyyətə başlamışdır.

F. Zeynalov 1956-cı ildə filologiya elmlər namizədi, 1966-cı ildə elmlər doktoru alimlik dərəcəsi almışdır.

   

© Musigi Dunyasi