Axtarış 
         DÖVLƏT XADİMLƏRİ     ELM XADİMLƏRİ     MUSİQİ XADİMLƏRİ
          ŞAİR VƏ YAZICILAR     RƏSSAMLAR     TEATR, KINO XADİMLƏRİ

Elm xadimləri



 


Sultanlı Əli Abdulla oğlu

(1906-1960) – filologiya elmləri doktoru, professor.

1906-cı ildə Naxçıvan MSSR-nin Arakse kəndində bənna ailəsində anadan olmuşdur.

İlk təhsilini Naxçıvanda alan Ə.Sultanlı 1923-cü ildə Naxçıvan Müəllimlər Seminariyasına qəbul olunur və 1928-ci ildə oranı bitirir. O, bir müddət «Şərq qalısı» qəzetində ədəbi işçi vəzifəsində çalışır.

Ə.Sultanlı 1929-cu ildə Bakıya gəlib, ADU-nun xarici ölkələr ədəbiyyatı tarixi kafedrasında assistent və ömrünün sonuna kimi respublikanın ali məktəblərində, elmi-tədqiqat institutunda dünya və Azərbaycan ədəbiyyatından dərs deyir və geniş elmi-tədqiqat işi aparır. Ə.Sultanlı 1934-39-cu illərdə xarici ölkələr ədəbiyyatın tarixi kafedrasına rəhbərlik etmiş, 1939-1941-ci illərdə ADU-nun prorektoru vəzifəsində çalışmışdır. O, bir sıra dərsliklər, müntəxəbatlar, tədqiqat əsərləri yaratmışdır.

Ə.Sultanlı «Antik ədəbiyyat tarixi», «Roma ədəbiyyatı müntəxəbatı», «Antik ədəbiyyatı müntəxəbatı» kimi dərsliklərin, «Azərbaycana dramaturgiyasının inkişaf yolları», «Nizami və Qərbi Avropa ədəbiyyatı» və s. görkəmli əsərlərin müəllifi kimi şöhrət qazanmışdır.

O, Azərbaycan alimləri arasında birinci dəfə 1939-cu ildə xarici ölkələr ədəbiyyatı, sahəsində filologiya elmləri namizədi alimlik dərəcəsi, 1946-cı ildə isə filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır.

Partiya və Hökumət Ə.Sultanlının xidmətlərini yüksək qiymətləndirərək onu 1940-cı ildə SSRİ Ali Sovetinin fərmanı ilə, Əmək ikidliyinə görə medalı ilə təltif etmişdir.

Ə.Sultanlı 1960-cı ildə Bakıda vəfat etmişdir.

   

© Musigi Dunyasi