Axtarış 
         DÖVLƏT XADİMLƏRİ     ELM XADİMLƏRİ     MUSİQİ XADİMLƏRİ
          ŞAİR VƏ YAZICILAR     RƏSSAMLAR     TEATR, KINO XADİMLƏRİ

Elm xadimləri



 


Məmmədli Qulam Əli Məmməd oğlu

(25.03.1897, Təbriz – 18.11.1994, Bakı)

1897-ci il mart ayının 25-də Təbrizdə yoxsul ailədə anadan olmuşdur. Həmin il o, ailəsi ilə birlikdə Aşqabada köçür.

İlk təhsilini mollaxanada alan Q. Məmmədli kiçik yaşlarından mətbəədə işləmiş və o vaxtdan da mətbuata maraq göstərmişdir.

1914 – 1923-cü illərdə o, Aşqabadda türkmən və Azərbaycan dillərində nəşr olunan «Dan ulduzu», «Sədayi-füqəra», «Qızıl yulduz» qəzetlərinin mətbəələrində mürəttiblik etmişdir.

Q. Məmmədli 1923-cü ildə Bakıya köçür və III Beynəlmiləl mətbəəsində işə girir. O, 1929 – 1940-cı illərdə isə «Kommunist», «Yeni yol», «Kəndli qəzetəsi», «Azərbaycan kolxozçusu» qəzetləri redaksiyalarında çalışmışdır.

Böyük Vətən müharibəsi illərində o, Təbrizdə nəşr edilən «Vətən yolunda» qəzeti redaksiyasında siyasi və ədəbi işçi kimi fəaliyyət göstərir.

1952 – 1959-u illərdə isə Q. Məmmədli «Kirpi» jurnalının məsul katibi və redaktoru olmuşdur.

Q. Məmmədli jurnalistlik fəaliyyəti ilə yanaşı, Azərbaycan ədəbiyyatı klasskilərinin ədəbi irsinin toplanması ilə də məşğul olmuşdur. O, Fədai, Heyran xanım və Mirzə Əli Möcuzun əsərlərini toplayıb nəşr etdirmişdir.

Q. Məmmədli «Xiyabani» (1949), «Azərbaycan lətifələri» (1954), «Qara və buzov» (1954), «Atmacalar» (1958, 1961), «Qapı oğrusu» (1960), «Molla Nasrəddin» (1966), «Cahangir Zeynalov», «Hüseyn Ərəblinski» (1968) kimi kitablar da çap etdirmişdir.

   

© Musigi Dunyasi