Bülbül (Murtuza Rza
oğlu Məmmədov)
1897—1961)—
müğənni (lirik-dramatik tenor). SSRİ
xalq art. (1938), Stalin mükafatı laureatı
(1950), prof. (1940).
Kiçik yaşlarından gözəl
səsinə və məlahətli zəngulələrinə
görə ona "bülbül" adı vermişlər.
1920 ildən Birləşmiş Dövlət
Teatrı opera truppasının (1924 ildən
AOBT) solisti olmuş, H.-un "Leyli və Məcnun"
və "Əsli və Kərəm" operalarında
İbn Səlam və Kərəm rollarında
çıxış etmişdir. 1927 ildə
ADK-nı bitirmiş, həmin ildən təhsilini
4 il Milanda (İtaliya) davam etdirmişdir.
B. və H. uzun illər ayrılmaz
şəxsi və yaradıcılıq dostu
olmuşlar. B. ilk dəfə 1925— 26 illərdə
H.-un Füzulinin sözlərinə bəstələdiyi
"Nalədəndir" mahnısını ifa etmişdir.
H. mahnını dinlədikdən sonra öz
təəssüratını belə bildirmişdir:
"İndi elə bir müğənni vardır
ki, onun ücün opera yaza bilərəm".
Güman etmək olar ki, bəstəkarı
onun şah əsəri olan "Koroğlu" operasını
yazmağa məhz B.-ün ifası həvəsləndirmişdir.
B.-ün ilk və əvəzsiz ifaçısı
olduğu Koroğlu obrazı onun ifaçılıq
sənətinin zirvəsidir. Ustad müğənni
romantik ruhlu xalq qəhrəmanının daxili
aləmini hərtərəfli aça bilmişdir.
B.-ün ifasında Koroğlu
partiyası Azərb. musiqili teatrı tarixində
bütöv bir mərhələ təşkil
edir. B-ün yaratdığı rollar içərisində
Əsgər ("Arşın mal alan") də əhəmiyyətli
yer tutur. Azərb. bəstəkarlarının
kamera-vokal əsərlərinin populyarlaşmasında
müstəsna xidməti olan müğənni
H.-un "Sənsiz" və "Sevgili canan" romans-qəzəllərinin
ilk və əvəzsiz ifaçısı olmuş,
zəngin boyalı təkrarolunmaz musiqi obrazları
yaratmışdır.