Axtarış 
         DÖVLƏT XADİMLƏRİ     ELM XADİMLƏRİ     MUSİQİ XADİMLƏRİ
          ŞAİR VƏ YAZICILAR     RƏSSAMLAR     TEATR, KINO XADİMLƏRİ

Bəstəkar, musiqiçilər



 


Ələsgərov Süleyman Əyyub oğlu

(22.02.1924, Şuşa – 22.01.2000, Bakı) – bəstəkar, dirijor, pedaqoq, ictimai xadim, xalq artisti (1974), professor (1976). Ü.Hacıbəyov adına respublika mükafatı laureatı (1967). ADK-nı bitirmişdir (1948). Müxtəlif illərdə ADMM-nin direktoru, AzTR X.Ç.A. ork-nın dirijoru, Musiqili Komediya Teatrının direktoru və baş dirijoru olmuşdur. 1956 ildən ADK-da çalışmış, x.ç.a. orkestri üzrə dirijor kadrlar yetişdirmişdir.

11 operettanın (“Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu” və s.), opera, kantata, simfoniya janrında yazılmış əsərlərin, o cümlədən, “Bayatı-Şiraz” simfonik muğamının (1950) müəllifidir. Azərb. x.ç.a. ork. üçün əsərlər - “Cəngi”, “Lirik pyeslər”, “Sözsüz mahnı”lar, tar və ork. üçün konsert bəstələmişdir.

   

© Musigi Dunyasi