Behbudov Rəşid Məcid
oğlu
(1915
—1989) — müğənni (lirik -tenor), musiqi-teatr
xadimi və ictimai xadim. Azərb. xalq art. (1954),
SSRİ xalq art. (1959). Sosialist Əməyi
Qəhrəmanı (1980), Azərb. Dövlət
mükafatı laureatı (1978). Rəşid
Behbudov "Arşın mal alan" (1945) filmində
yaratdığı Əsgər obrazına
görə dünya şöhrəti qazanmış,
digər əsas ifaçılarla birlikdə
Stalin mükafatına layiq görülmüşdür
(1946).
Onun ifa etdiyi Əsgər rolunu Ü. Hacıbəyov
cox bəyənmişdir. R. Behbudov Əsgər
obrazının özünəməxsus, təkrarolunmaz
həllini tapmışdır. Onun ifasında
Əsgər lirik qəhrəman olmaqla yanaşı,
həm incə yumora, həm də təzadlı
əhvali-ruhiyyəyə malikdir. Bütün
hərəkət və mimikasına, ifa tərzinə
görə R. Behbudov əsl milli obraz yaratmışdır.
Əsgər— R. Behbudovun yaradıcılığında
mərhələ təşkil edərək,
onun vizit vərəqəsinə çevrilmişdi.
AOBT-nın, həmçinin K. S. Stanislavski və
V. İ. Nemiroviç-Dançenko ad. Moskva Dövlət
Musiqili Teatrının səhnəsində
Ü. Hacıbəyovun "Arşın mal alan"
musiqili komediyasında Əsgər rolunu böyük
müvəffəqiyyətla ifa etmişdir.
Yaratdığı və ömrünün
sonunadək bədii rəhbəri olduğu
Mahnı teatrı ilə dünyanın bir
çox ölkələrində konsertlər
verən R. Behbudovun repertuarında Əsgərin
ariyası daim səslənirdi. "Arşın
mal alan" musiqili komediyasının qrammofon valına
yazılışında (1973) da Əsgər
partiyasını ifa etmişdir.